Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

""Neftçi"yə vaxt azlığından şikayət etməyə gəlməmişəm" - Regekampf

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Məni bura dəvət etməkdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu gündən komanda ilə məşqlərə başlayırıq. Ümid edirəm ki, komandanı lazım olan yerə gətirəcəyik. Konfrans Liqası və ölkə çempionatında mübarizə aparacağıq. Bilirik ki, bu, asan deyil. Amma həyatda heç nə asan olmur”.

Press.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf bu gün təşkil olunmuş mətbuat konfransında deyib.

- Konfrans Liqasındakı ilk oyununuza 1 aydan az vaxt qalıb. Vaxtın az olması işinizə necə təsir edəcək?

- Bəli, vaxt azdır. Eyni zamanda da milli komandada çıxış edən futbolçular hələ kollektivə qoşulmayıblar. İyulun 1-dən təlim-məşq toplanışına başlayacağıq. Mən burda vaxtla bağlı şikayət etməyə gəlməmişəm. Zaman çox sürətlə keçir. Biz komandanın hazırılığına başlayacağıq. Əminəm ki, Konfrans Liqasının ilk oyununa qədər hazır olacağıq.

- Qapıçı Rəşad Əzizli komandada qalacaq, yoxsa əcnəbi oyunçu dəvət edəcəksiniz?

- Mən indi bu suala cavab verə bilmərəm. Bu gündən komandanı qurmağa başlayıram. Bundan sonra futbolçular haqqında fikrimi biləcəksiniz.

- “Neftçi”nin çox emosional azarkeşləri var. Bir az uğursuzluq olan kimi baş məşqçini istefaya çağırırlar. Bundan çəkinmirsiniz ki?

- Bu, mənim üçün problem deyil. Çünki həmişə təzyiq altında işləmişəm. Azarkeşləri yaxşı başa düşürəm. Onlar istəyirlər ki, yeni baş məşqçi komandaya uğur gətirsin. Mən azarkeşlərin bu istəyini özümə motivasiya kimi istifadə edəcəyəm. İstəyərəm ki, azarkeşlər həmişə bizə təzyiq etsinlər və dəstək olsunlar.

- Köməkçilərinizin hər biri dəqiqləşibmi? Onların arasında yerli məşqçi ola bilər?

- Mənim bütün köməkçilərim hazırda mənimlədir. Əvəzedici komandanın baş məşqçisi ilə həmişə təmasda olacağam. Çünki klubun hər bir gənc oyunçusu ilə bağlı məlumatım olmalıdır. Əgər lazım olsa, yerli məşqçi götürəcəyik.

- Rumıniya mətbuatı yazıb ki, “Neftçi”də ayda 40 min avro maaş alacaqsınız. Doğrudur?

- Düşünürəm ki, bizim klubla olan müqaviləmiz mətbuata açıqlanmamalıdır. Heç vaxt bu barədə danışmamışam. Mətbuatda həqiqətə uyğun olmayan şeylər yazıarlar.

- Uzun müddətdir ki, “Neftçi”də baş məşqçi 1, ya da 2 il çalışır. Siz bu tilsimi qıra bilərsiniz?

- Mənim müqaviləm 2 illikdir. Mən klub prezidentini məcbur edə bilmərəm ki, müqaviləmi 5-10 illik etsinlər. Görək, necə olacaq. 

- Rumıniyalı mütəxəssis Mirça Rednik vaxtilə “Xəzər Lənkəran”da işləyib. “Neftçi”dən təklif gələndə onunla söhbətiniz oldu?

- Xeyr. Mən buna ehtiyac duymadım. Hər komandaya öz baxış bucağım var. Təklif alandan sonra Bakıya gəldim, rəhbərliklə proyekt haqqında danışdıq və qərar verdim. Bilirəm ki, “Neftçi” ölkədə ən tanınmış klubdur. Belə məlumat almışam. Buna görə də başqa insanlarla danışmağa ehtiyac yoxdur. 

- Hansı taktiki düzülüşdən istifadə edəcəksiniz?

- Mənim düşüncəmdə əsas önəmli amil dinamikadır. Biz çox hücumameyilli futbol oynayacağıq. Mənim futbol fəlsəfəm elədir ki, istəyirəm, həmişə komandam topa sahib olsun, sürətli futbol oynasın. Bu amillərin üzərində çox işləyəcəyik. Gəlin, mən sizə bunu ilk rəsmi oyunla göstərim.

- Bura gəlməmişdən əvvəl Azərbaycan çempionatı haqda məlumatınız var idi?

- Bəli, kifayət qədər məlumatlı idim. Son illər klublarınız Avropa Liqasında oynayıblar. Ona görə də klublar haqda məlumatım var idi.

- Bir məşqçi üçün yaşınız az olsa da, xeyli klub dəyişmisiniz. Bu uğursuzluqlar nədən olub?

- Deməzdim ki, çox komanda dəyişmişəm. "Styaua" ilə yaxşı işlər görmüşəm. Çempionlar Liqasının formatı dəyişəndən sonra "Styaua"nı qrup mərhələsinə daşıyan və o səddi də aşan ilk məşqçiyəm. Daha sonra "Əl-Hilal"a getdim. Daha sonra "Əl-Vaxta"ya keçdim. Orada 3 titul qazandım. "Əl-Vasl"a getməyim mənim üçün yaxşı olmadı. İki klub prezidentinin arasında gedən çəkişmənin qurbanı oldum. Daha sonra "Universitatya"ya getdim. Mən Konfrans Liqasında çıxış edən komandaya baş məşqçi olmağa layiqəm. İnanıram ki, bu yolda uğur qazanacağıq.

- Qarşıdan Konfrans Liqasının oyunu gəlir. Komandanı düzgün motivasiya edə biləcəksiniz?

- Mənim istəyim də bununla bağlıdır. Sizə söz verə bilərəm ki, bunu etmək üçün əlimdən gələni edəcəyəm. Məşqçilik mənim həyatımdır. Biz də öz bilik səviyyəmizi sabit saxlamaqda çətinlik çəkirik. Hər gün oxumaq, hazırlaşmaq lazımdır. 

- Son illər ölkə futbolunda "Qarabağ" hegemonluq edir. Bu komanda haqda məlumatınız var? Rəqabət çətin olmayacaq ki?

- Bəli, ötən mövsümün oyunlarını izləmişəm. Amma burada bu mövzuda danışmaq istəmirəm. Öz fikirlərimi klub prezidenti ilə danışanda demişəm. Öz hədəflərimiz var və çalışacağıq ki, buna çataq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI