First slide

Xırdalanda güclü yanğın - YENİLƏNİB - VİDEO

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:11

Xırdalanda güclü yanğın başlayıb.

Press.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Oxşar xəbərlər
Category news

tr_star

29 Jun 2022

OTACI