Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məleykə Abbaszadə: "Azərbaycanda kifayət qədər boş iş yeri var"

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır".

Press.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər: "Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Bununla da əmək bazarıda diplomlu işçi qüvvəsinin sayı artırmış olur. Ona görə də universitetlərdə biliklər bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir".

Oxşar xəbərlər
OTACI