Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Feminizm təxribat olmamalıdır"

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı aktrisa Enn Heteueyin “Interview” jurnalının yeni sayında müsahibəsi dərc olunub.

Press.az axşam.az-a istinadla xəbər verir ki, Enn model Bella Hadid, aktrisa Cessika Çesteyn, dizayner Mark Ceyskons kimi məşhur simaların suallarını cavablandırıb.

Mark aktrisaya karyerası boyunca geyindiyi üçün peşmanlıq hissi keçirdiyi libasının olub-olmadığını soruşub. Enn buna cavab olaraq karyerasının əvvəlində yaşadığı hadisədən danışıb:

"Gənc idim və tədbirlərə gedəndə özüm geyim seçirdim. Qırmızı xalçadan keçdim, amma paltarımın açıq olduğunu və büstqalter geyinmədiyimi bilmirdim. Fotoqrafların olduğu o izdihamda addımladıqca bir nəfər də olsun xəbərdarlıq etmək və ya pencək vermək üçün mənə yaxınlaşmadı. Təbii ki, sadəlövh deyiləm. Belə şeylər gözləmirəm, amma bunu başqa bir insanda görsəm onun üçün edərdim".

Aktrisa həmkarı Metyu Makkonaxinin feminizmin onun üçün nə demək olduğu ilə bağlı sualı isə belə cavablayıb:

"Bu, qadınlar üçün bərabərliyə inanan bir insanın tərifidir. Amma bunu bütün cinslər üçün edərdim. Bir hərəkat olaraq feminizm, əlbəttə ki, mürəkkəb bir prosesdir, lakin bu, həm də təxribat olmamalıdır".

Bundan başqa jurnalda Ennin fotosessiyası da dərc olunub.

Oxşar xəbərlər
OTACI