Kamerun əsilli rusiyalı müğənni və şoumen Pyer Narsis vəfat edib. Bu barədə iyunun 22-də onun qızı Karolina Kristel “Instagram”da məlumat verib.
Onun sözlərinə görə, artist böyrək əməliyyatından sonra ürək dayanması nəticəsində dünyasını dəyişib.
İfaçının 45 yaşı var idi.
Qeyd edək ki, Narsis 2000-ci illərdə “Şokoladnıy zayaç” mahnısı ilə məşhurlaşmışdı. Bundan başqa Narsis “Sibirskiy siryulnik”, “Ostorojno, modern! 2004” kimi filmlərdə iştirak edib.//oxu.az