Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçrə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçrə Rusiya və Ukrayna arasında konsulluq və diplomatik xidmətlərin göstərilməsində vasitəçi ola bilər.

Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik İsveçrənin hər iki tərəfə öz vasitəçiliyini təklif etdiyini bildirib.

“Beynəlxalq hüquqa uyğun olaraq, bunun üçün hər üç iştirakçı dövlətin razılığı lazımdır. Müzakirələr davam etdiyinə görə əlavə məlumat verə bilmirik”, - deyə nazirlikdən bildirilib.

Rusiya Federasiyasının Dövlət Duması Ukrayna rəhbərliyinə etimadsızlıq göstərdiyi üçün belə bir razılaşmadan danışmağın vaxtı olmadığını açıqlayıb.//oxu.az

Oxşar xəbərlər
OTACI