Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanla Özbəkistan birgə investisiya fondu yaradacaq

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, 1,5 milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur".

Press.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxışı zamanı deyib.

“Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.

Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq”, - deyə Özbəkistan Prezidenti bildirib.

Prezident Şavkat Mirziyoyev qeyd edib ki, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır: “Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik”.

Oxşar xəbərlər
OTACI