Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ŞOK HADİSƏ: Qatar yolu keçmək istəyən şəxsi vuraraq öldürdü

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucarda ölümlə nəticələnən qəza olub.

Press.az oxu.az-a istinadən xəbər verir ki, bu gün qatar dəmir yolunu keçməyə çalıan piyadanı vurub.

Məsələ barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hadisə bu gün saat 11:35 radələrində dəmir yolunun Ucar-Müsüslü mənzilində ölümlə nəticələnən  hadisə baş verib.

Belə ki, qatar Ucar-Müsüslü mənzilinin 236-cı kilometrində hərəkətdə olarkən Göyçayın Bığırlı kənd sakini 1977-ci il təvəllüdlü Akif İbrahimov  dəmir yolunu keçməyə cəhd göstərib:

“Maşinist təcili tormazlama aparsa da hadisə qaçılmaz olub və nəticədə qatar Akif İbrahimovu vurub. O hadisə yerində dünyasını dəyişib. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib,  aidiyyəti üzrə araşdırma aparılır”

Oxşar xəbərlər
OTACI