Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son beş ayda ikinci dəfə Şeyx Heydər türbəsində qanunsuz qazıntı aparılıb - FOTO

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün Xızı rayonunda Dövlət Xidmətinin əməkdaşları Şeyx Heydər türbəsinə baxış keçirərkən, abidədə naməlum şəxslər tərəfindən qazıntı işlərini həyata keçirildiyini aşkar edib”.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, abidə ətrafında qanunsuz qazıntı işləri gecə saatlarında aparılıb:

“Qazıntı gecə saatlarında baş verib. Bu barədə dərhal hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Araşdırmalar gedir”.

Nuridə Allahyarova qeyd edib ki, sözügedən abidə ətrafında qanunsuz qazıntı aparılması ilk deyil:

“Son 5 ayda artıq ikinci dəfədir ki, Şeyx Heydər türbəsində qanunsuz qazıntı həyata keçirilir. Bu hal bu ilin fevral ayında da olmuşdu”.

Sektor müdiri son günlər baş verən qanunsuz qazıntıların baş verməsi məsələsinə də toxunub:

“Bu tip hallar tez-tez baş verməsə də, müəyyən vaxtlarda rast gəlinir, əksəriyyəti də xəzinə axtarışı üçün olur”.

Oxşar xəbərlər
OTACI