Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevə hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Press.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü F.Qarayev arvadı, 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evinə getdiyinə görə qətlə yetirib.

Hadisə zamanı o, küçədə R.Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.

Daha sonra F.Qarayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
OTACI