Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU - FOTO

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatalada avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Zaqatala şəhəri ərazisində “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol-hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozduğuna, eləcə də nəqliyyat vasitəsini aşırdığına dair görüntülər yayılmışdı.

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun rayon sakini Namiq Şabanov olduğu məlum olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Namiq Şabanov 25 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Oxşar xəbərlər
OTACI