First slide

Ukraynalı biznesmen öz helikopterini orduya hədiyyə etdi - FOTO/VİDEO

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynada “Saturn” şirkətinin rəhbəri, biznesmen Aleksandr Qromıko şəxsi helikopterini Silahlı Qüvvələrə hədiyyə edib.

Biznesmenin özünün dediyinə görə, MBB BO-105 əvvəllər hərbi helikopter olub.

Qromıko prioritetlərini göstərmək üçün analoji helikopterin videosunu da paylaşıb.

Qeyd edək ki, nisbətən yüngül çəkisi və iki mühərriki sayəsində bu tip helikopter tez manevr edə və kifayət qədər sürətlə hərəkət edə bilir. MBB BO-105 həmçinin tərs dönmək kimi akrobatik hərəkətləri yerinə yetirə bilən ilk yüngül helikopterdir. 

“Mən heyran oldum və onu aldım”, - deyə biznesmen bildirib.

Ukrayna Silahlı Qüvvələrində helikopterdən kəşfiyyat məqsədi və yaralıların təxliyəsi üçün istifadə nəzərdə tutulub.//oxu.az

Oxşar xəbərlər
OTACI