Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğlu İlon Maskın soyadından imtina edərək cinsini dəyişir

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın oğlu Xavyer Aleksandr Mask atasının soyadından imtina etmək qərarına gəlib.

Press.az axşam.az-a istinadla xəbər verir ki, 18 yaşlı Xavyer cinsini dəyişmək qərarı alıb. Artıq o, bu barədə apreldə məhkəməyə müraciət edib.

"Bioloji atamla yaşamıram və onunla heç bir formada əlaqəmin qalmasını istəmirəm" deyə, o izahatda yazıb. Xavyer adını Vivyen Cenna Uilson olaraq dəyişmək istəyir.

Qeyd edək ki, Xavyer İlonun keçmiş həyat yoldaşı Castin Uilsondan olan oğludur. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş ortaq övladı var. Bundan başqa İlonun müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Hazırda o, avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.

Oxşar xəbərlər
OTACI