First slide

"Neftçi"nin baş məşqçisi açıqlanır

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Neftçi"də nəhayət, sular durulur. 

Bu gün komandanın yeni baş məşqçisinin adı açıqlana bilər. 

"Ağ-qaralar"ın düşərgəsindən heyətlə bağlı xəbərlər də gözlənilir. Klubun Müşahidə Şurasının üzvlərinin bir araya gələcəyi toplantıda büdcə də təsdiqlənəcək.

Qeyd edək ki, son iclasda baş məşqçi postuna ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenkonun namizəd olduğu açıqlanmışdı. Bir neçə gün əvvəl isə "Neftçi"nin türkiyəli mütəxəssis Ertuğrul Sağlamla danışıqlara başlaması xəbəri yayılıb.//fanat.az

Oxşar xəbərlər
OTACI