Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yeniyetmə məhkumlar tərbiyə müəssisəsindən qaçıblar? - Rəsmi açıqlama

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Press.az-ın sorğusuna cavab olaraq Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır: Bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb".

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkələrdə Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Oxşar xəbərlər
OTACI