First slide

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI + VİDEO

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər - əsas yolda sıxlıq;

3. Binəqədi şosesində - mərkəz - “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;

4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən “Koroğlu” metrosu istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq;

5. Tbilisi prospektində, “20 Yanvar” dairəsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq;

6. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq;

7. Aeroport şosesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər
OTACI