"Qalatasaray" baş məşqçisi Domenek Torrentlə yolları ayırmaq üzrədir.
Press.az "TRT Spor"a istinadən xəbər verir ki, ispan mütəxəssis İstanbul təmsilçisi ilə müqaviləni ləğv etmək üçün İstanbula gedib. Türkiyədə havalimanında 59 yaşlı çalışdırıcını klub nümayəndələrindən heç kimin qarşılamaması diqqət çəkib. O, yaxın vaxtlarda rəhbərliklə görüşəcək.
Qeyd edək ki, Torrent bu ilin yanvarında "Qalatasaray"ın baş məşqçisi təyin olunub.