Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynadan taxıl daşınması üçün Macarıstandan TƏKLİF

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna ərzaq məhsullarının Macarıstan ərazisindən daşınması təklif edilib.

Press.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Adi marşrutların pozulduğuna görə, Macarıstan Ukrayna taxılının ixracı üçün mümkün marşrut kimi öz ərazisini təklif edib”, - deyə o Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair çıxışında bildirib.

Qeyd etmək lazımdır ki, Rusiya işğalı səbəbindən Ukraynadan taxıl ixracı xeyli çətinləşir. Ukrayna dövləti Qara dənizdən taxıl daşıya bilmir.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Ukrayna hökuməti taxıl ixracı üçün Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb.

Oxşar xəbərlər
OTACI