Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ana doğuşdan iki gün sonra qəflətən ÖLDÜ

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə ana doğuşdan sonra ölüb.

Press.az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə aparılıb. O, qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, bu gün dünyasını dəyişib.

Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu, qadının ikinci doğuşu olub. Ölümün baş vermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər
OTACI