Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya bankı Gürcüstanı tərk edir, Azərbaycanda qalır

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın sanksiyalara məruz qalan “VTB Bank”ı Gürcüstan bazarını tərk edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın rəhbəri Andrey Kostin “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bank yalnız Gürcüstanı tərk etmək barədə qərar verib: “VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam edir. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”.

Qərb ölkələrinin Rusiyaya Ukraynadakı müharibəyə görə tətbiq etdiyi maliyyə sanksiyalarından sonra 1995-ci ildə təsis olunmuş “VTB Bank”ın Gürcüstan bölməsi fiziki şəxslər, borc alanlar və depozitarilərə xidmət göstərmək hüququndan məhrum edilib. Bankın pərakəndə kredit və depozit portfeli “BasisBank”a, hüquqi şəxslərə xidmət portfeli isə “Liberty Bank”a verilib.

Oxşar xəbərlər
OTACI