First slide

Tarixi abidə ətrafında qanunsuz QAZINTI: Xəzinə axtarırlarmış

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 18-dən 19-na keçən gecə Şəkinin Orta Zəyzid kəndinin ərazisində yerləşən tarixi Alban abidəsi ətrafında bir qrup naməlum şəxs tərəfindən qanunsuz qazıntı işləri aparılıb.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, sözügedən qanunsuzluğu Dövlət Xidmətinin regional əməkdaşları aşkar edib, yerindəcə məsələni aktlaşdırıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Sektor müdiri vurğulayıb ki, qazıntı işlərinin aparılmasına dair bir neçə ehtimal var: “Bir neçə ehtimal ola bilər, amma hələlik ilkin ehtimallara görə, bir qrup şəxs xəzinə axtarışına çıxıb və qazıntı da məhz buna görə aparılıb”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Şəki Rayon Polis Şöbəsinə məlumat daxil olub.

“Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Hazırda araşdırma aparılır”, - DİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
Category news

tr_star

24 Jun 2022

OTACI