Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri niyə deaktiv olur? - AÇIQLAMA

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur.  Bu barədə vətəndaşlar sosial şəbəkələrdə məlumat yayıblar.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əgər vətəndaş məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxırsa, şəxsiyyət vəsiqəsi deaktiv edilir:

“Həmin şəxs yeni ünvana qeydiyyata düşdükdən sonra təzə şəxsiyyət vəsiqəsi ilə təmin edilir”.

Vəkil Tural Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, şəxs qeydiyyatdan çıxdıqdan və ya çıxarıldıqdan sonra qeydiyyata düşmürsə, dərhal onun şəxsiyyət vəsiqəsi deaktiv olur:

“Belə olan halda şəxs ya özünə məxsus olan mənzildə, mülkiyyətçinin razılığı əsasında hər-hansı digər mənzildə və ya yaşadığı ərazi üzrə rayon polis idarəsində qeydiyyata düşməlidir. Əks halda onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır”.

Oxşar xəbərlər
OTACI