Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə istehlaka yararsız 75 kiloqram ət AŞKARLANDI - FOTO

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkirdə külli miqdarda istehlaka yararsız ət aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.

Qeyd olunub ki, həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kiloqram rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI