First slide

Sevda Yahyayeva gəlinliyinə müştəri axtarır: "İkinci dəfə geyinməyəcəm ki..." - VİDEO

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Sevda Yahyayeva toyunda geyindiyi gəlinliyini satışa çıxarmasından danışıb.

Press.az xəbər verir ki, bu barədə "MTV maqazin" verilişinə danışan sənətçi bahalı libası üçün hələ də müştəri tapa bilmədiyini deyib:

"Əslində onu satıram. İkinci dəfə geyinməyəcəm ki... Qiymətinin neçə olduğunu deyə bilmərəm. Çox bahalı bir libasdır. Eksklüziv olaraq mənim üçün hazırlanıb. Onu Türkiyənin məşhur modelyeri Muhammer Ketancı ərsəyə gətirib. Çox gözəl paltardır. Toyumda geyindim. İnşallah, mən onu sataram, alan insan da xoşbəxt olar".

Qeyd edək ki, sənətçinin toyu ötən ilin oktyabrında olub. İfaçı həkim Zakir Bayramovla ailə həyatı qurub. 

Oxşar xəbərlər
OTACI