Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xəzər TV-dən “Ata ocağı” ilə bağlı açıqlama

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Xəzər TV "Ata ocağı” serialının yeni mövsümdə davam edəcəyi barədə açıqlama yayıb. 

Sözügedən ekran işinin bu gün 1000 - ci bölümü efirə gedəcək. 

Bundan əlavə, serialın rejissoru Rüfət Şahbazov hazırda çəkiliş meydançasında daimi olaraq  19 aktyorun iştirak etdiyini bildirib:  "Lakin bir çox aktyorlar epizodik rollarda və qonaq qismində kamera qarşısına keçirlər”.

"Ata ocağı”nın baş ssenaristi Valeh Əhmədov serialın belə uzunömürlü və sevilən olmasını komanda işinin mükəmməl olması ilə əlaqələndirib: "Həmişə deyirik ki, zəncirin ən zəif tərəfi nə qədər güclüdürsə, iş də bir o qədər zəif və ya güclü alınır. Çünki, komanda bir-birinə bağlıdır: hekayə tapılır, ssenari qurulur, planlama edilir, aktyorlara ötürülür, onlar mənimsəyir, oynayırlar və sonda montaj olunur. Serialdakı aktyorlarla uzunmüddətdir ki, işləyirik və buradakı ən qocaman sənətkarlar da gənc nəslin fikirləri ilə hesablaşır, onlara hörmət edir. Bu isə işin keyfiyyətinə çox təsir edir”. 

Uzunömürlü serial maraqlı ekranarxası hadisələrlə də yadda qalıb. Valeh Əhmədov bildirib ki, onun qızı da filmdə epizodik rolların birində çəkilib: "Ssenariyə görə, qızım itkin düşən uşağı canlandırırdı. O "Ata ocağı”nını atası Nazim kişiyə yaxınlaşıb, bilmədən  "Nazim, narahat olma, buradayam” dedi. Halbuki, Nazim baba deməli idi”. 

Serial yeni mövsümdə də izləyicilərin qarşısına maraqlı hadisələr və bölümlərlə gələcək. "Ata ocağı”nın kreativ prodüseri Amiran Babayev bildirib ki, ekran işinin gələcək bölümlərində ilk mövsümlərdə rol alan bir çox tanınmış simalar yenidən kamera qarşısına keçəcəklər: "Bununla bağlı tamaşaçıları bir qədər intizarda saxlamaq istəyirik. Dəyərli sənətkarlarımızı yenidən "Ata ocağı”na çəkməyi planlaşdırırıq”.  

Son bölümlərdə qətl və qisasalma hadisələrinin çoxluq təşkili serialdakı dramatik xətlərin tamaşaçıların daha çox diqqətini çəkməsi ilə əlaqədardır:

"Beynəlxalq təcrübədə göstərir ki, bölümlərdə belə hadisələrin olması daha çox maraq kəsb edir. Yeni mövsümdə serialımızda yeni simalar da görəcəksiniz”.   
    Xatırladaq ki, serialda rol alan ADMİU-nun tələbəsi Samir Qəfərli Vətən Müharibəsində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.//azxeber.com

Oxşar xəbərlər
OTACI