First slide

"Lex" - "Qarabağ" oyununa hakim təyinatları açıqlandı

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Lex" (Polşa) - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Press.az xəbər verir ki, matçı İspaniya Futbol Federiyasından Xose Luis Munuera idarə edəcək. Ona Pau Çebrian Devis və Antonio Ramon Martinez kömək edəcək. Dördüncü hakim funksiyasını Xorxe Fiqueroa Vazkez yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 5-də Polşada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

Oxşar xəbərlər
OTACI