Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İstanbulda Qlobal Parlament Konfransında Xocalı soyqırımının dəhşətləri nümayiş olunur - FOTO

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 20-də İstanbulda “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı?” mövzusunda Qlobal Parlament Konfransı öz işinə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

Tədbirin əsas müzakirə mövzuları siyasi dialoq, demokratiya, parlament fəaliyyəti vasitəsilə sülhün təmin edilməsi, gender bərabərliyi, təhlükəsiz miqrasiya, real miqrasiya problemləridir.

TBMM sədri Mustafa Şentop parlament demokratiyasının və parlamentarizmin qeyd olunan problemlərin həlli istiqamətində rolundan bəhs edərək dövlətlər arasında bu istiqamətdəki həmrəyliyin və əməkdaşlığın verəcəyi töhfələrdən danışıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da konfrans iştirakçılarına videoformatda müraciət edib. Türkiyənin dövlət başçısı konfrans iştirakçılarını salamlayaraq regional və qlobal səviyyəli problemlərin, həmçinin pandemiyadan sonra mahiyyət etibarilə getdikcə qeyri-dəqiq forma alan miqrasiya bölgüsünün iqtisadi, siyasi, demoqrafik çətinliklərindən danışıb.

Konfransın açılış mərasimindən sonra isə parlament sədrləri dünyanın ən müxtəlif nöqtələrində miqrasiya və qaçqınlıq problemləri ilə üzləşmiş insanların fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar. TBMM sədri Mustafa Şentop, Milli Məclisin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko və digər iştirakçılar sərgidə iştirak ediblər. Sərgidə keçmiş Qarabağ münaqişəsinin acılarını, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.

Konfrans çərçivəsində Sahibə Qafarovanın türkiyəli həmkarı Mustafa Şentop və digər iştirakçı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşləri planlaşdırılır.

Tədbir iyunun 21-dək davam edəcək.

 

Oxşar xəbərlər
OTACI