First slide

Bakıda körpəsi yeddinci mərtəbədən yıxılan hamilə qadın özünü onun ardınca atdı - YENİLƏNİB

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda binadan yıxılan hamilə qadın və körpəsinin kimliyi bilinib. 

Nizami rayonunda yaşayış binalarından birində yeddinci mərtəbədən altıncı mərtəbəyə yıxılan 2020-ci il təvəllüdlü Umalatov Tamerlan Tofiq oğlu olub. 

Bunu görən körpənin anası 1995-ci il təvəllüdlü Umalatova Rövşanə Rövşən qızı uşağın arxasınca özünü həmin mərtəbədən atıb. 

++++

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Oxu.az

Oxşar xəbərlər
OTACI