Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO: "Ukrayna müharibəsi illərlə davam edə bilər"

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO: "Ukrayna müharibəsi illərlə davam edə bilər"

Press.az xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ukraynada müharibə illərlə davam edə bilər və Qərb bu prosesdə Kiyevi dəstəkləməyə hazır olmalıdır.

Stoltenberq vurğulayıb ki, müharibənin baha başa gəlməsinə baxmayaraq, Moskvanın məqsədlərinə çatmaq dəyəri daha çoxdur.

Böyük Britaniyanın baş naziri Boris Conson da uzun sürən münaqişəyə hazırlaşmağın lazım olduğunu bəyan edib.

Conson kimi Stoltenberq də vurğulayıb ki, Ukraynaya daha çox silah göndərilməsi Kiyevin qələbəsi ehtimalını artıracaq.

Almaniyanın “Bild” qəzetinə danışan Stoltenberq Ukraynaya veriləcək daha müasir silahların daha çox Rusiyanın işğalı altında olan Donbasın geri alınması ehtimalını artıracağını bildirib.

Oxşar xəbərlər
OTACI