First slide

Keçmiş partizan Qustavo Petro Kolumbiyanın prezidenti oldu - FOTO

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kolumbiyada prezident seçkisi keçirilib və solçu qüvvələrin nümayəndəsi, keçmiş partizan Qustavo Petro qalib gəlib. O, inşaat maqnatı Rodolfo Ernandesi 720 min səs fərqi ilə məğlub edib.

Petro Kolumbiyanın ilk solçu favoriti olacaq. Paytaxt Boqotanın keçmiş meri öz seçicilərinə pulsuz universitet təhsili, pensiya islahatları və məhsuldar olmayan torpaqlara yüksək vergilər vasitəsilə bərabərsizliklə mübarizə aparacaqlarını vəd edib.

Bildirilir ki, Petronun təklifləri (xüsusən də yeni neft layihələrinə qadağa qoyulması ilə bağlı) bəzi investorları qorxudur, baxmayaraq ki, o, mövcud müqavilələrə əməl edəcəyinə söz verib.

Qeyd edilir ki, Petro gənclik illərində 1970-ci il seçkiləri ilə əlaqədar etiraz olaraq yaradılan solçu “19 Aprel Hərəkatı” (M19) partizan hərəkatının iştirakçısı olub.

M19-un girov müqabilində adam oğurluğu kimi qeyri-qanuni fəaliyyətlərdə adı hallanıb, lakin Petro iddia edir ki, o, insanları “yalançı demokratiya” adlandırdığı şeyə qarşı səfərbər etmək məqsədi daşıyan qanuni fəaliyyətlər həyata keçirib.

1985-ci ildə Petro qanunsuz silah saxladığına görə polis tərəfindən saxlanılıb. Qısa müddətdən sonra M19 Boqota Ali Məhkəməsinin binasına hücum edərək, ən azı 98 nəfəri, o cümlədən 12 hakimi (11-i hələ də itkin sayılır) öldürüb. Petro həbsdə olarkən baş verən bu hücumda əli olduğunu inkar edir.

Petro 1987-ci ildə azad edilib. O, 18 ay hərbi həbsxanada yatdıqdan sonra ideoloji baxışlarını dəyişib və deyib ki, zaman ona silahlı üsyanın xalqın dəstəyini qazanmaq üçün ən yaxşı strategiya olmadığını başa düşməyə kömək edib.

İki il sonra M19 Kolumbiya dövləti ilə sülh danışıqlarına girib və Petro sistemlə daxildən mübarizə aparmağa başlayıb.//oxu.az

 

Oxşar xəbərlər
OTACI