Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arvadını küçədə qətlə yetirən R.Səfərovun CİNAYƏT İŞİ - "Qohumu ilə intim münasibətdə olmasını bilib" - 18+ FOTOLAR

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci il oktyabrın 15-də Ramil Səfərov Binəqədi RPİ 43-cü PB-nə gəlib, həyat yoldaşı Sahilə Cəfərovanı öldürməsi haqda məlumat verib. 

Press.az xəbər verir ki, «Baxış keçirilməsi» protokoluna əsasən, hadisə Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 2-də baş verib. Sahilə Cəfərovanın (1984-cü il təv.) meyiti küçədə aşkar edilib.

Binəqədi rayon prokurorluğundan CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sahilə Cəfərovanın meyitinin bədən səthində 15 ədəd yara aşkar edilib. Ölümünə — ağciyərlərin zədələnməsindən inkişaf edəm kəskin daxili və xarici qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, sentyabrın 8-də Ramil Səfərov rəsmi nikahda olduğu Sahilə Cəfərovanın həmkəndlisi, eyni zamanda qohumu olan Eivüsal Abdulcəlilovla intim münasibətdə olmasını bilib. Arvadına qarşı nifrət hissi yarandığından, boşanaraq nikahdan olan 3 uşağını anasından almaqdan ötrü məhkəməyə müraciət etmək qərarına gəlib. Lakin tanıdığı vəkillərlə məsləhətləşərkən uşaqlarının həyat yoldaşına veriləcəyi ehtimalının böyük olmasını öyrəndikdən sonra ona qarşı nifrət hissi daha da artıb.

Oktyabrın 15-i səhər saat 7 radələrində yaşadığı evin mətbəxindən məişət təyinatlı mətbəx bıçağını götürüb, şalvarının cibinə qoyub və «Mərkəz Binəqədi» adlanan əraziyə gəlib, arvadını öldürmək üçün əlverişli məqam gözləyib. Qadının həmin ərazidə yerləşən 179 №i orta məktəbə uşaqları yola salıb, geri qayıtdığını görüb onu təqib etməyə başlayıb. Onu görüb yolunu dəyişdiyi üçün Sahilənin 43-cü PB-nə gedəcəyini güman edərək, başqa yolla həmin istiqamətdə hərəkət edib. Gülüstan küçəsində çatıb yaxasından tutaraq, bıçağı cibindən çıxartıb. Arvadının onu buraxmasını tələb edərək "kişiliyin çatmaz" deməsindən daha da əsəbləşib. Qışqırıb, kömək istəməsinə əhəmiyyət vermədən, müstəsna dərəcədə rəhmsizliklə  çoxsaylı xəsarətlər yetirərək zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb. 

İş üzrə dindirilmiş Ramil Səfərov bildirib ki, sentyabrın 6-da qardaşıgildə olan qonaqlıqdan sonra həyat yoldaşı və 3 uşağı onlarda qalıb, özü isə saat 21 radələrində yaşadığı evə qayıtıb. Gecə saat 01 radələrində istifadəsində olan telefonunda "Whatsapp" mobil tətbiqinə daxil olub. Sahilənin gecə saatlarında həmin proqramda onlayn olması onu təəcübləndirib. 

Ayın 8-də işdən evə qayıdandan sonra arvadından telefonunu ona verməsini istəyib. Bu an Sahilə "niyə verməliyəm ki, nəyə baxacaqsan?!" söyləyərək telefonu verməkdən imtina edib. Lakin sonra mobil tətbiqini silərək, telefonu ona təqdim edib. O həmin proqramı yenidən yükləyib və bir profil tərəfindən əxlaqsız şəklin göndərildiyini görüb. Həmin şəkli və mesajları Sahiləyə göstərib və sonra onu evdən qovub. Araşdırıb, həmin nömrənin anasının əmisi nəvəsi Elvüsal olduğunu öyrənib. Sahilə bacısı Aliyəgildə qalıb. Arvadının yad kişiylə münasibətdə olmasını onun ailə üzvlərinə bildirib. Daha sonra Sahilə boşanmaq üçün məhkəməyə müraciət edib. O dəfələrlə ona deyib ki, qızını ona versin və öz həyatını yaşasın. 

Lakin o uşağı ona verməkdən imtina edib. Sentyabrın 30-da ona Binəqədi rayon məhkəməsindən bildiriş gəlib. Oktyabrın 11-də məhkəməyə getsə də, qarşı tərəf ora gəlməyib. Ayın 15-də səhər saat 7 radələrində evdən çıxaraq, Sahiləni görmək üçün «Mərkəz Binəqədi» adlanan əraziyə yollanıb. Arvadının uşaqları məktəbə apardığını bildiyindən, 

dayanıb, onun gəlməsini gözləyib. Atasının ordan keçib, işə getdiyini görəndə Sahilənin mobil telefonunu ona verib.

Yodaşından yenə qızını ona verməsini tələb edib, daha sonra qadını bıçaqlayıb. Neçə bıçaq zərbəsi vurduğunu xatırlamır, lakin o yerə yıxıldıqdan sonra ona artıq xəsarətlər yetirməyib. 1-2 metr aralıda dayanaraq 102 xidmətinə zəng edib, arvadını öldürməsi haqda məlumat verib və polis bölməsinə gedib. 

Məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Ramil Səfərov anlaqlı hesab olunub, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmayıb.

Məhkəmə iclasında Ramil Səfərov ittiham üzrə özünü qismən təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Əli Cəfərov bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Məhkəmə işdə olan sübutlara qiymət verərək hesab edib ki, Ramil Səfərov CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli CÇM-də çəkməklə Ramil Səfərov 14 il müddətinə azadlıqdan məhrum olunub.

Oxşar xəbərlər
OTACI