Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Salyanda avtomobillər toquşub, xəsarət alanlar var

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyanda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Press.az “Report”a istinadla xəbər verir ki, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI