Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həcc ziyarətində zəvvarlar üçün yeni qaydalar

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki illik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.

Press.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin məlumatına görə, Həcərül Əsvəd (Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur. Bu səbəbdən, əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.

Səudiyyə Ərəbistanı artıq iyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edir.

Oxşar xəbərlər
OTACI