First slide

Azərbaycan komandasından daha bir medal

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında daha bir medal qazanıb.

Press.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığma 5 halqa ilə hərəkətlərin icrasına görə hakimlərdən 34.750 xal alaraq bürünc medala sahib çıxıb.

Kollektiv bir qədər sonra 3 lent və 2 top ilə final çıxışını təqdim edəcək.

Qeyd edək ki, qrup hərəkətləri komandamız ötən gün çoxnövçülükdə də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Oxşar xəbərlər
OTACI