Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanda daşqınlarda ölənlərin sayı 60-ı ötdü

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanın şimal-şərqindəki Assam və Meqhalaya ştatlarında daşqın və onun nəticəsində yaranan torpaq sürüşməsi sonucunda ölənlərin sayı 63 nəfərə çatıb.

Press.az xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi regional hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, güclü musson leysanları nəticəsində yaranan sel 3,1 milyon insana ziyan vurub. Üçü uşaq olmaqla 10-a yaxın insan itkin düşüb.

NDTV kanalının məlumatına görə, Assamda 4 minə yaxın kənd sel zonasındadır, 156 min insan yaradılmış 514 müvəqqəti yaşayış düşərgəsinə köçürülüb. Leysan və torpaq sürüşmələri azı 234 avtomobil yoluna və 16 körpüyə ziyan vurub.

Qeyd edək ki, daha əvvəl yerli hakimiyyət təbiət hadisəsi nəticəsində 31 nəfərin öldüyünü bildirmişdi.

Oxşar xəbərlər
OTACI