Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya taktiki nüvə silahı tədbiq edərsə...

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəbhədə vəziyyət gərgin olaraq qalır, müharibə davam edir və sonu hələ çox uzaqdadır.

Press.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

“Cəbhə xəttində vəziyyət gərgindir, mürəkkəbdir və mən rus ordusunu zəif hesab edənlərin düşərgəsindən deyiləm. Onların çox böyük resursları var və o resursları bura gətiriblər”, - Danilov bildirib.

O qeyd edib ki, rus işğalçıları silahlarda, xüsusilə artilleriya və ağır texnikada üstünlüyə malikdir:

“Bu, döyüşçülərimizi qorxutmur. Biz öz mövqelərimizi qoruyuruq. Zaman-zaman əks-hücumlar həyata keçiririk. Ancaq müharibə hələ də davam edir və müharibəni bitirməkdən çox uzağıq”.

Danilov həmçinin qeyd edib ki, Ukrayna Rusiya tərəfindən müharibə qaydalarının yeni pozuntularına, o cümlədən kimyəvi, bioloji və hətta taktiki nüvə silahlarından istifadəyə qarşı hazırlaşır: “Biz istənilən ssenariyə hazırıq”.

Oxşar xəbərlər
OTACI