Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək.

Press.az-ın report-a istinadən məlumatına görə, seçkilərdə 577 deputatın adı məlum olacaq.

Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar.

Birinci turun nəticələrinə görə, liderlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% səslə Marin Le Penin “Milli Birlik” partiyası qərarlaşıb.

Seçkilərin birinci turunda 50,2 %-lik rekord aşağı səviyyədə seçici fəallığı qeydə alınıb. Bunun fonunda fransalı siyasətçilər seçiciləri ikinci tura fəal iştirak etməyə çağırıblar.

Prezident partiyasının parlamentdə 415-445 yer qazanacağı proqnozlaşdırılır.

Birinci turdan sonra solçu “Fəth edilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon ölkənin Daxili İşlər Nazirliyi tərəfindən keçirilən parlament seçkilərində səslərin hesablanmasının dürüstlüyünə şübhə etdiyini bildirib.

Oxşar xəbərlər
OTACI