First slide

Rusiya işğal etdiyi şəhərdə onun heykəlini qoyur

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın hazırda Rusiyanın nəzarətində olan Xerson şəhərində imperatriçə II Yekaterinanın heykəlinin qoyulması planlaşdırılır.

Press.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi-mülki administrasiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, məhz 244 il əvvəl Yekaterinanın qərarı ilə şəhərin əsası qoyulub. Buna görə də Xerson əhalisi onun heykəlinin qoyulması təşəbbüsü ilə çıxış edir.

Xerson vilayət administrasiyası razılıq üçün Rusiya liderinin köməkçisinə müraciət ünvanlayıb.

Oxşar xəbərlər
OTACI