Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Müharibədən sonra birlikdə yaşamırıq” - Zelenskinin xanımı

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya "The Guardian" nəşrinə müsahibə verib.

Press.az xəbər verir ki, birinci xanım müsahibəsində maraqlı məqamlara toxunub, müharibə dövründə həyat yoldaşı ilə münasibətlərindən söz açıb. 

O, müharibə səbəbindən Volodimirlə mütəmadi görüşə bilmədiyini, digər ukraynalılar kimi prezidenti televiziyadan izlədiyini bildirib. 

Zelenskaya Rusiyanın əsas hədəflərindən biri olduğunu, bu səbəbdən daha təhlükəsiz yerlərdə məskunlaşmağa çalışdığını vurğulayıb: "Əlbəttə ki, biz birlikdə yaşamırıq, amma indi heç olmasa bir-birimizi görürük". 

Uzun müddətdən sonra həyat yoldaşı ilə ilk görüşü barədə sualı cavablandıran birinci xanım, "bir-birimizi qucaqladıq, salamlaşdıq, halımızı soruşduq. Uşaqlar burada idilər, atalarını qucaqladılar",- deyə cavab verib.

Yelena onu da qeyd edib ki, Prezident Volodimir Zelenski qətiyyən geri addım atmayacaq, çünki heç vaxt belə bir addım atmayıb.

Oxşar xəbərlər
OTACI