Türkiyənin aviasiya və kosmos sənayesində daha bir yeniliyə imza atılıb. Belə ki, “ANKA” pilotsuz uçuş aparatına edilən əlavələr sayəsində “Şimşək” dronu sınaqdan uğurla çıxarılıb.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir sosial şəbəkə hesabında məlumat paylaşıb.
Paylaşımda bildirilib ki, “Şimşək” dronu fərqli faydalı yükləri daşımaq qabiliyyətinə malikdir. PUA-ların inkişafı və onların funksiya və imkanlarının genişləndiriməsi istiqamətində işlərimiz dinamik qaydada davam edəcək.