Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.

Məlumata görə, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən 5 vətəndaşı azad edə bilib.

"Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir", - Qərargahın açıqlamasında deyilir.

Əsirlərin dəyişdirilməsi ilə yanaşı, ölən ukraynalı əsgərin meyitini geri qaytarmağa nail olunub.

Bundan əvvəl iyunun 10-da Rusiya ilə “5-ə 4” düsturuna əsasən məhbus mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI