Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cənubi Asiyada güclü daşqın - 13 nəfər öldü

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistan və Banqladeşin müxtəlif bölgələrində leysan yağışlar nəticəsində daşqın və torpaq sürüşməsi insan itkilərinə səbəb olub.

Modern.az xəbər verir ki, daşqınlar nəticəsində 13 nəfər həyatını itirib.

Hindistanın şimal-şərqindəki Assam ştatında son sutka ərzində baş verən daşqınlar nəticəsində azı 9 nəfər ölüb.

Rəsmi açıqlamaya görə, ştatda son beş gündə davam edən daşqın və sürüşmələrdən 1,8 milyondan çox insan zərər çəkib.

108 mindən çox insan yardım düşərgələrinə sığınıb.

Oxşar xəbərlər
OTACI