First slide

Pandemiya qadınlarda ovulyasiya prosesini pozub - Endokrinoloqlar

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Alimlər pandemiyadan öncə və sonrakı məlumatları təhlil edərək, pandemiya və kovidin qadınlarda ovulyasiyaya təsirini müqayisə edib.

Bakupost.az xəbər verir ki, kovid pandemiyası qadınların üçdə ikisində ovulyasiya ilə bağlı çətinliklər yaradıb.

Bu barədə Kanada universitetinin alimləri deyib.

Onlar reproduktiv sağlamlıq üzrə Endokrinoloqlar birliyinin konfransında elmi tədqiqatın nəticələrini açıqlayıb.

Onlar 2006-2008-ci illər və pandemiya dövrünü əhatə edən 2 nəhəng elmi işi təhlil edib. Araşdırmada 19-35 yaş arası qadınlar iştirak edib.

Bütün iştirakçılar menstruasiya gündəliyi tutmuş, həyatlarında baş verən önəmli hadisələri qeyd ediblər.

2006-2008-ci il tədqiqatında ovulyasiya pozulması 10% qadında aşkarlanmışdı.

Pandemiya dövründəkində isə 60% qadında bu pozulma müşahidə olunub.

Qadınlarda yumurtahüceyrə ya partlamırdı, ya da lütein fazası qısalmışdı.

Gündəliklərin təhlili göstərib ki, qadınlar pandemiya ilə bağlı depressiya, stres, təşviş, yuxusuzluq keçirib, hamiləlik barədə düşünmürdülər.

“Bu 2 tədqiqatın müqayisəsi göstərdi ki, pandemiya nəticəsində həyat və psixikanın dəyişməsi ovulyator sistemə zərbə vurub, menstruasiya pozulmalarının artmasına səbəb olub”.

 

Oxşar xəbərlər
OTACI