Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vatsap qrup zəngələrinə yeni funksiyalar əlavə edib

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vatsapın (“WhatsApp”) tərtibatçıları “Android” və “iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər. Yeniliklərdən biri odur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.

Bu barədə “FoneArena” məlumat yayıb.

İstifadəçilər indi qrup zəngi zamanı digər iştirakçıların səsini söndürə biləcəklər. Bu, həmsöhbətlərdən birinin mikrofonu söndürməyi unutduğu zaman çox faydalı ola bilər. Bu funksiya qrup zəngində iştirak edən hər kəs üçün əlçatan olacaq.

Bundan başqa, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər.

Oxşar xəbərlər
OTACI