First slide

2 mindən çox insan meymunçiçəyinə yoluxub - ÜST

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dünyanın 42 ölkəsindən meymunçiçəyinə 2103 yoluxma halının, bir ölüm faktının qeydə alınması barədə məlumat daxil olub.

Press.az xəbər verir ki, bu barədə ÜST rəsmi açıqlama yayıb. 

Həftəlik məlumatda bildirilib ki, yoluxma hallarının 98 faizi may ayının əvvəlindən indiyədək olan dövrü əhatə edir.

Meymunçiçəyinə ən çox yoluxma halı Böyük Britaniyada (524 nəfər) qeydə alınıb. İlk beşlikdə İspaniya (313 nəfər), Almaniya (263 nəfər), Portuqaliya (241nəfər) və Kanada (159 nəfər) yer alıb. Sonrakı sıralarda Fransa (125 nəfər), Niderland (80 nəfər), ABŞ (72 nəfər), İtaliya (68 nəfər) və Belçika (52 nəfər) qərarlaşıb.

Meymunçiçəyindən yeganə ölüm halı Nigeriyada baş verib.

Oxşar xəbərlər
OTACI