Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İrəvan Zəngəzur dəhlizini açmasa, Azərbaycan güc tətbiq edəcək

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə razılıq ifadə olunub. Lakin Ermənistan tərəfi 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində səy göstərmir, zaman-zaman ziddiyyətli mövqe nümayiş etdirir. 

İrəvan hakimiyyətinin destrukriv siyasəti Azərbaycanda dəhlizlə bağlı sərt addımların atılması imkanlarını gündəmə gətirir. Siyasi müzakirələrdə Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizinin ermənilərin istifadəsinə bağlanması təklifi irəli sürülür. 

Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı növbəti dəfə Zəngəzur dəhlizi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.

“30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”, - deyə Prezident İlham Əliyev yenidən Ermənistana xəbərarlıq edib.

İndi sual olunur: Ermənistan dəhlizi açmasa, Azərbaycan hansı tədbirləri görəcək? Laçın dəhlizinin bağlanması təklifi nə qədər realdır?

Bu barədə Modern.az-a danışan sabiq dövlət müşaviri,  politoloq Qabil Hüseynli qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi reallaşmasa, Laçın dəhlizi bağlana bilər. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın təklifini qəbul etməyə borcludur, əks təqdirdə regional layihələrdən təcrid olunacaqlar.

 

Q.Hüseynli hesab edir ki, İrəvanın ikili oyunlarına baxmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq, çünki ermənilər üçün başqa yol yoxdur:

 

"Zəngəzur dəhlizi əslində onlar üçün əlverişlidir. Ermənilərin Zəngəzur dəhlizinə qarşı çıxmasının əsl səbəbi elə ruslardır. Rusiya dəhlizin açılmasına ermənilərin əli ilə mane olmağa çalışır. İndiki durumda dəhlizin açılması ermənilərə daha çox lazımdır".

 

Politoloq qeyd edib ki, əgər Ermənistan inad edib Zəngəzur dəhlizinin açılmasına maneə olsa, o zaman Azərbaycan güc tətbiq edəcək.

 

"Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanındır. Bizdən alınıb ermənilərə verilib. Əlbəttə, biz dəhlizin güc yolu ilə açılmasını istəmirik. Ermənistana şans veririk ki, yenidən düşünüb, qərar versinlər. Amma məcbur olsaq, məsələni güc yolu ilə həll edəcəyik, ya da Laçın dəhlizi bağlanacaq", - deyə sabiq dövlət müşaviri sözlərinə əlavə edib.

Oxşar xəbərlər
OTACI