Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“İlham Namiq Kamalın meyidini məsciddə mən yuyacam” - Xalq artistləri arasında QALMAQAL BÖYÜYÜR

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qayınana" filmi haqqında açıqlama verən Şeyx Əbdüllə bağlı mübahisə böyüyür.

 

Sfera.az xəbər verir ki, kinorejissorun filmi tənqid etməsi, Azərbaycan ədəbiyyatına və əxlaqına xas olmadığını iddia etməsi ətrafında müzakirələr səngimək bilmir.

 

Məsələ ilə bağlı açıqlama verən Xalq artisti İlham Namiq Kamalın "Mən Şeyx Əbdülü tanımıram. O kimdir? Məsciddə işləyir?" açıqlaması Əbdül Mahmudovu özündən çıxarıb.

 

Space Tv-də yayımlanan "Gəl, danış" layihəsində aktyor baş verənlərə aydınlıq gətirib:

 

"O, tez-tez mənlə görüşür. Arada-sırada dərdləşirik. İndi məni tanımır? Məsciddə işləyəcəm və onun meyidini də mən yuyacam. O, qadın obrazlarını oynayan aktyor olub. Əgər İlham Namiq Kamal «qayınana» obrazını müsbət sayırsa, qoy saysın. Mənim nəslimdə elə qayınanalar ola bilməz. Çünki bizim nəslimiz ziyalı nəslidir. Onu deyə bilmərəm".

 

Ətraflı

 

Xalq artistinin həmkarı Nurəddin Mehdixanlının "Şeyxin son zamanlar qəribə açıqlamaları olur. "Qayınana" filmində mənəviyyatımıza ziyan vuracaq heç bir hadisə yoxdur" açıqlamasına da Şeyx Əbdül belə cavab verib:

"Mən Nəsibə xanımla bağlı heç nə deməmişəm. Onun sənətinə böyük hörmətim var".

Aparıcı Amil Xəlilin "Yeddi oğul istərəm" filmi dəyərlərimizə uyğundurmu? O filmdə sovet ideologiyası təbliğ edilməyibmi?" sualına Xalq artisti "Biz orada torpağa, millətə, adət-ənənələrimizə bağlılığımızı nümayiş elətdirmişik" cavabını verib.

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
OTACI