First slide

Ukraynada 323 uşaq müharibə nəticəsində həlak olub

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynada 906 uşaq Rusiyanın silahlı təcavüzünün qurbanına çevrilib.

Press.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən iyunun 18-dək 323 uşaq qətlə yetirilib, 583 uşaq yaralanıb.

Əlavə olunub ki, bu, yekun göstərici deyil və döyüşlərin davam etdiyi, müvəqqəti işğalda olan və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.

Ən çox itkilər Donetsk (301), Xarkov (170), Kiyev (116), Çerniqov (68), Luqansk (54) və Xerson (52) regionlarında qeydə alınıb.

Oxşar xəbərlər
OTACI