“Arsenal” “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etməkdə israrlıdır.
Press.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. London təmsilçisi 23 yaşlı forvard üçün kluba rekord məbləğ təklif edib. İngiltərə klubu nigeriyalı hücumçunun transferinə görə neapollulara 98 milyon avro ödəməyə hazır oldğunu bildirib. "Arsenal" hazırda qarşı tərəfin cavabını gözləyir.
Qeyd edək ki, futbolçunun "Napoli" ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.