Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” indiyə kimi 3 klubumuzu keçib” - Polşa mediası

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşa mətbuatı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində yerli "Lex"in rəqibi olan "Qarabağ" haqqında yazıb.

Press.az xəbər verir ki, "TVP Sport" öz məqaləsində təmsilçimizin indiyədək bir neçə Polşa klubu ilə üz-üzə gəldiyinə və onları mübarizədən kənarlaşdırdığına diqqət çəkib:

"Lex"in bəxti gətirmədi. Axı o, turnirin əvvəlində Azərbaycan çempionu ilə görüşməli olacaq. Söhbət Ağdam “Qarabağ”ından gedir. Əvvəlki mövsümlərdə bu komanda artıq 3 klubumuzu - “Legiya" (Varşava), "Visla" (Krakov) və "Piast"ı avrokuboklardan kənarlaşdırıb".

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı ilk matç iyulun 5-i Polşanın Poznan şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI